Uşaq və yeniyetmə terapiyası nədir?

Uşaqlıq və yeniyetməlik dönəmində yaşanan sosial problemlər, öyrənmə çətinlikləri, ailədaxili problemlər ailələrin uşaq psixoloquna-mütəxəssisə müraciət etmələrinin başlıca səbəblərindəndir. Yaş, cinsiyyət və genetik faktorlar da uşaq və yeniyetmələrin psixologiyasına təsir edən amillərdəndir.

Psixoterapiya uşaqlarda və yeniyetmələrdə ehtiyac duyduqları duyğusal dəstəyi almaları, dostları və ailələri ilə yaşadıqları problemləri həll etmələri və prolemlərinə fərqli yönlərdən baxa bilmələri baxımından olduqca faydalıdır.

Adətən uşaq və yeniyetmələrdə müxtəlif səbəblərdən aşağıdaki psixoloji narahatlıqlar müşahidə edilir:

  • Öfkəni konrtol etmə
  • Təşviş pozuntusu
  • Bağlanma problemi
  • Diqqət əksikliyi və hiperaktivlik
  • Davranış pozuntuları
  • Depressiya
  • Enurez / Enkoprez
  • Özgüvən əksikliyi
  • Obsesiv –kompulsiv pozuntu
  • Sosial fobiya
  • Boşanmaya reaksiya
  • Bacı – qardaş arası konflikt
  • Məktəb fobiası
  • Ayrılma həyəcanı
  • Disleksiya
  • Yeniyetmə və ailə münasibətlərində problemlər,
  • davranış və uyğunlaşma problemi
  • yuxu və yemək pozuntuları
  • yeniyetməlik dövrü qorxuları
  • sosial bacarıqlarda əksikliklər
  • məktəbdə müvəffəqiyyətsizlik
  • öyrənmə problemləri

Hansı terapiya növünün tətbiq olunacağı isə ilkin dəyərləndirmə mərhələsində mütəxəssis tərəfindən müəyyən olunur. 

Uşaq Və Yeniyetmələrdə Ən Çox Tətbiq Olunan Terapiya Növləri

  • Oyun Terapiyası: Xüsusilə bağça və məktəbəqədər dövründə olan uşaqların yaşadıqları duyğusal travmalarda istifadə olunur. Oyun terapiyası zamanı uşaqlar müxtəlif oyun və oyuncaqlar vasitəsilə özlərini ifadə edir və beləliklə qorxu və narahatlıqları müəyyən olunur.
  • Art terapiya: Uşaqların daxilində, şüur altında yatan problemlər art terapiya vasitəsilə ortaya çıxarılır. Bu terapiya növü travma və böyük itkilər yaşamış, danışmaqda çətinlik çəkən uşaq və yeniyetmələr üçün də olduqca effektivdir.
  • Nağıl terapiyası: Nağıl terapiyası zamanı uşaqlar birbaşa ifadə edə bilmədikləri hiss və düşüncələrini nağıl və hekayələrdəki qəhrəmanlar vasitəsilə ifadə edirlər.
  • Qum terapiyası: Uşaqlara dilə gətirə bilmədikləri hiss və düşüncələri ifadə etməkdə kömək edir. Adətən travma yaşamış uşaqlar daxildə yaşadıqları gərginlikləri müxtəlif formalarda içlərindən atmaq istərlər. Qum terapiyası uşağın stressdən qurtulması və daxili rahatlıq tapması üçün olduqca effektivdir.
  • Qrup Terapiyası: Qrup terapiyası xüsusilə güclü utancaqlıq, içə qapanıqlıq , tənhalıq kimi sosial problemlər yaşayan uşaq və yeniyetmələr üçün tətbiq olunur. Onlara sosial münasibətlərini inkişaf etdirmək və qüvvətli sosial münasibətlər qurmaqda kömək edir. 
  • Koqnitiv-davranış Terapiyası: Xüsusilə diqqət çəkməyə çalışma, fobiyalar ve obsessiv-kompulsiv pozuntu müşahidə olunan uşaq və yeniyetmələr üçün istifadə olunur.