DAYƏ hazırlığı təlimi keçiriləcəkdir

Dövlət Məşğulluq Agentliyi və PMA MMC-nin əməkdaşlığı çərçivəsində təşkil olunan ödənişsiz Dayə hazırlığı təliminə qeydiyyat başlamışdır!

Layihə çərçivəsində işsiz və işaxtaran şəxslər üçün dayə peşəsi üzrə nəzəri və təcrübi təlim təşkil ediləcəkdir.

⬇️ Təlim proqramı haqqında ətraflı məlumat aşağıda göstərilmişdir:

Təlimlərin keçiriləcəyi yer: Bakı şəhəri, PM Akademiya (Psixoloji Xidmət və Uşaq İnkişaf mərkəzi) tədris binası

Təlimin adı: Dayə hazırlığı

  • Təlimin müddəti: 2 ay (Həftədə 5 dəfə və hər gün 4 saat olmaqla)

⬇️ İŞTİRAKÇILARIN SEÇİMİ PROSESİ

  • Dövlət Məşğulluq Agentliyində işsiz və işaxtaran şəxs kimi qeydiyyata düşmək
  • Qeydiyyatdan keçən şəxslərlə müsahibə keçirilməsi
  • Müsahibədən keçən şəxslərin təlimlərə cəlb edilməsi

Layihə ilə bağlı yaranmış sualların cavablandırılması üçün info@pma.az email adresinə vəya 077 324 23 43 whatsapp nömrəsinə yaza bilərsiniz.

Qeyd: Layihə çərçivəsində təlimlər PMA MMC (PM Akademiya, Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi) tərəfindən təşkil ediləcəkdir.

⬇️ Əlaqə:

🌐 pma.az

📱 077 324 23 43

📱 012 441 23 43

📧 info@pma.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir