Bəzən iş həyatında olan çətinliklər stress yaşamamıza və nəticədə mənfi davranışlar sərgiləməmizə səbəb olur. İş həyatındaki psixoloji çətinliklər və stress bir çox səbəbdən yarana bilər.
Çətin yaşayış şərtləri, monoton iş mühiti, ciddi diqqət tələb edən işlər, gecə növbəsi, müştəri ilə ünsiyyət zamanı yaranan problemlər, həddindən artıq məsuliyyət ciddi psixoloji narahatlıqların yaranmasına gətirib çıxarır. Hətta işlərimiz yolunda olsa belə bəzən gələcək qayğısı və karyera planlaşdırması kimi məsələlər də daxili marahatlıqlara səbəb olur.
Əgər siz də bu cür problemlərlə qarşılaşır və öhdəsindən gəlməkdə çətinlik çəkirsinizsə, bir mütəxəssisdən yardım almanız faydalı olacaqdır.