Zəlzədən sonra insanlarda ən çox görülən psixoloji problemlər:
1. Narahatlıq və depresiya – zəlzələ nəticəsində həyatı alt-üst olduqdan sonra bir insanın narahatlıq və depresiya əlamətləri göstərməsi tamamilə normaldır. Yorğunluq, yuxu itkisi, gündəlik fəaliyyətlərə marağın azalması, əsəbilik və diqqəti cəmləyə bilməmək əsas simptomlardır.
2. Zehni maneə – zəlzələdən sağ çıxanlar üçün baş verən hadisəni daim şüurunda canlandırmaq xarakterikdir. Bu insanlar həyatlarının hər anında o zəlzələ anını, orada yaşadıqlarını xatırlayaraq yaşadıqları narahatlıq, həyəcan, qorxu duyğularını təkrar yaşaya bilərlər.
3. travma sonrası stress pozğunluğu – insan yaşanan travmatik hadisəni qeyri-radi olaraq “ yenidən yaşamağa” meyllidir. Əsas simptomları: təkrarlanan qorxulu yuxuların görülməsi, güclü psixoloji və fizioloji pozuntular( əsəbilik, yuxuya getməkdə çətinlik, həddindən artıq həyəcan reaksiyaları), zəlzələyə bənzər hadisələrə ( real və ya simvolik) reaksiya.
Zəlzələdən sonra insanlar:
• Iştahsızlıq, yuxu problemləri, qəzəb, kədər və yas hissi keçirə bilər
• Baş, sinə, mədə ağrıları, ürəkbulanma və nəfəs darlığı kimi fiziki reaksiyalar verə bilər
• Günahkarlıq hissi ilə gündəlik həyata uyğunlaşa bilməzlər
• Ölüm və həyatın mənası kimi anlayışlar üzərində daha çox özlərini sorğulamağa başlaya bilərlər.
Zəlzələdən sonra psixologiyamızı qorumaq üçün nə edə bilərik?
• Zəlzələ zamanı təcrübələrinizi danışmaqdan qorxmayın
• Hisslərinizi, düşüncələrinizi, kədərinizi boğmayın
• Hiss və düşüncələrinizi yaxınlarınızla bölüşün
• Həyatın mənasını düşünün və gələcək planlar qurmağa çalışın
Zəlzələdən zərər çəkmiş insanlara ediləcək ilk şeylərdən biri – ilkin psixoloji yardımdır.
Ilkin psixoloji yardıma – zərər çəkmiş insanlara qayğı və dəstək göstərmək, onların ehtiyac və narahatlıqlarını müəyyən etmək, onların əsas ehtiyaclarını ödəməyə kömək etmək, hadisə haqqında danışmasını məcbur etmədən dinləmək, onun rahatlamasına və sakitləşməsinə kömək etmək, onu mümkün zərərlərdən qorumağa çalışmaq kimi dəstəkləyici müdaxilələr daxildir.
Yaşadığınız şeylər qarşısında aciz və heçnə edə bilməyəcəyinizi hiss etdikdə, şikayətlər azalmadıqda və həyatınızı daha da çətinləşdirdiyində psixoloji dəstək almaqdan çəkinməyin. Unutmayın, zəlzələdən zərər çəkmiş insanın psixologiyası onun həyatını xilas etmək qədər önəmlidir.
Psixoloq: Lətifə Cavadova