20-21 Yanvar 2023-cü ildə, “PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi”nin əməkdaşlarına psixoloqumuz Mehriban Ağabalayevanın təqdimatında “Yeniyetmələrdə Depressiyanın Dəyərləndirilməsi” adlı 2 günlük təlimi baş tutmuşdur. Təlimdə, dəyərləndirilən yeniyetmənin nəticələrinin necə qiymətləndiriləcəyi, hansı hallarda şübhə edilib doğru mütəxəsisə yönləndirilməsi gərəkdiyi, yəni psixatrik medikamentoz və ya psixoterapiya müalicə metodikasından istifadə ehtiyacının olduğu barədə məlumatlar verilmişdir.
Təlim sonunda isə iştirakçılara sertifikat təqdim olunmuşdur