Bu test vasitəsilə uşağın duyğusal və koqnitiv bacarıqlarının dəyərləndirilməsi edilir. Dəyərləndirmə nəticəsində uşağın güclü və zəif tərəfləri aşkarlanır və müvafiq olaraq fərdi tədris planı çıxarılır. Ehtiyac olduğu təqdirdə fərdi və qrup təlimləri ilə uşağın inkişafı dəstəklənir.
Metropolitan məktəbə hazırlıq testi aşağıdakıları öz tərkibində birləşdirir:
1. Sözləri anlama – Uşağın dil bacarıqlarını qəbul etməsi müəyyənləşdirilir. Uşağın deyilən sözləri anlayıb şəkillər içərisindən göstərməsi gözlənilir.
2. Cümlələr – Uşağın eşitmə diqqətini, istiqamətləri izləmək bacarığı müəyyənləşdirilir. Uşağın göstərilən şəkillərlə cümlə qurması gözlənilir.
3. Ümumi bilik – Uşağın səbəb-nəticə əlaqəsi qurması gözlənilir. Uşağa şəkillər göstərilir və göstərilən şəkillər arasında əlaqə qurması gözlənilir.
4. Eyniləşdirmə – Uşağın vizual diqqətini müəyyənləşdirir. Göstərilən şəkillə eynisini göstərməsi gözlənilir.
5. Rəqəmlər – Uşağın rəqəmləri nə dərəcə qavraması müəyyənləşdirilir. Şəkildə bir əşyanın nə qədər olduğunu deməsi və eyni qədər çəkməsi gözlənilir.
6. Kopyalamaq – Uşağın incə motor əzələsinin inkişafı və əl-göz koordinasiya bacarığı müəyyənləşdirilir. Uşağın göstərilən şəklin sayını və şəkli çəkməsi gözlənilir.
Ətraflı məlumat üçün:
Əlaqə: (012) 441 23 43 / (077) 271 23 43
Watsapp: +994 77 341 23 43
Nəsimi rayonu, Hənifə Ələsgərov 33 (ATU Tədris Cərrahiyyə klinikası yaxınlığı)