Ailə terapiyası yaxın münasibədə olan şəxslərin öz aralarında olan problemləri həll etmək üçün bir-birlərinə kömək etmələrinə xidmət edir. Belə ki, ailə terapiyası ailəvi münasibətlərin düzəldilməsinə kömək edən, fərdin özünün dəyişməsi ilə başlayan bir prosesdir. Əgər ailənizdə ortaq fikrə gəlməkdə çətinlik çəkirsinizsə, krizislər olursa, ailənin digər üzvləri ilə əlaqəli fərqli sahələrdə problemlər yaşayırsınızsa, ailə üzvlərinin psixoloji problemləri varsa, uşaqların yetişdirilməsində ortaq qərar ala bilmirsinizsə, ailəniz üçün ortaq hədəf, dəyər formalaşdırmanız mümkün olmursa, hər hansı bir problemlə qarşılaşdıqda həll edə bilmirsinizsə ailə terapiyası üçün müraciət etməniz faydalı olar. Ailə terapiyasına yaşanılan problemin xüsusiyyətindən asılı olaraq ailə üzvləri birlikdə gəlirlər.