Qadınlarda özgüvən qarşı cinsdən asılıdır?
Psixoloq: Mehriban Ağabalayeva
° Bu postda KİŞİDƏN asılı olan qadının özünəgüvən və özünəinamı kimi vacib, eyni zamanda kədərli bir mövzuda danışmaq istəyirəm. Çox zaman kişilərin sözlərinə və hərəkətlərinə bağlı olaraq özgüvənlərini formalaşdıran qadınlar məhz bu kateqoriyada yer alır: əgər kişi tərif edərsə xoşbəxt olur və özünə güvənir, ancaq adi tənqidi bir fikir söylənən kimi qadın bütün motivasiyasını itirir və özünü sevməyi dayandırır…
° Bəs niyə bu qədər qadınlar kişinin sözünə aludə olub və bundan asılıdır. bunun üçün nə etmək lazımdır
° Təəssüf ki, biz uşaqlıqdan artıq bu asılılığı qazanmış oluruq. Ananızın sizi necə danladığını və ara-sıra “Belə eləsən səninlə heç kim evlənməyəcək, ‘səni heç kim almayacaq ‘” dediyini yəqin ki xatırlayırsınız? Bu ifadənin altında çox həqiqət yatır. Və erkən yaşdan qızlar artıq özləri üçün deyil, kişi üçün daha yaxşı olmaq üçün çalışmağa başlayırlar. Daha hündür görünmək üçün narahat olduqları ayaqqabıları geyinməyə, daha yetişkin görünmək üçün makiyaj etməyə və.s çalışırlar.
°Bu gün həqiqətən bir çox qızın küçədə gəzərkən ağlında tək məqsədi – evlənməyi fikirləşdiyini düşünün. Bir kişi naminə özlərini dəyişdirməyə hazır olan bu cür qızlar əvvəlcə hər mənada asılılığa qapılırlar və hər kəs tərəfindən sevilən olur.Problemlər isə, əsl şəxsiyyət tipi ortaya çıxandan sonra yaranır və artıq gec olur..
° Ağıllı və yetkin qadınlar, əksinə, bu paradiqmadan uzaqlaşırlar, çünki yalan və asılılığın onlara layiq olduqları sevgini verməyəcəyini başa düşürlər.
° Odur ki, indi bir saniyəlik dayanmaq və düşünmək düşür öhdəmizə, özünlə hansı dərəcədə səmimisən? özünüz üçün yoxsa kişi naminə daha yaxşı olmağa çalışırsan?
° Unutmayın ki, özünəinamınız heç vaxt bir kişidən və ya digər şəxslərdən asılı olmasın, buna görə özünüzü sevmək və özünüzə qarşı dürüst olmaq kifayətdir. Sağlam özünə hörmət edən xanımlar özlərinə inanan və onları həqiqi olaraq sevən və qəbul edən şəxsləridə məhz rahatlıqla cəlb edə bilirlər.
Qəbula yazılmaq üçün:
Nəsimi rayonu, Hənifə Ələsgərov 33
+994 77 305 23 43