“Əsrlərin bəlası – Ağ Ölüm”

Nərimanov rayonunda “Əsrlərin bəlası – ağ ölüm” devizi altında maarifləndirmə tədbiri keçirilib
24 noyabr 2022-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetində Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə “Əsrlərin bəlası – ağ ölüm” devizi altında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının sədri İradə Muradova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Mərkəzi Kliniki Xəstəxananın psixiatoru Azər Bağırov, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşı, baş leytenant Rasim Abaslı, Azərbaycan Kooperasiya Universitetinin prorektoru Fikrət Quliyev və fəal tələbələrin iştirak etdiyi tədbirdə PM Akademiya-Psixoloji Xidmət və Uşaq İnkişaf mərkəzinin ümumi sektor üzrə rəhbəri Ümidə Kəngərli və mərkəzimizin psixoloqu Lətifə Cavadova da iştirak etmişdir.
Məruzəçilər tərəfindən narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Çıxışlar maarifləndirici slaydların, videorolikların nümayışı ilə müşaiyət olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir