“Gənclərlə görüş”

Dədə Qorqud parkında “Gənclərlə Görüş” keçirilmişdir.

29 avqust 2022-ci il tarixində Dədə Qorqud parkında PM Akademiyanın təşkilatçılığı ilə açıq havada gənclərlə görüş keçirilmişdir.

Uzman psixoloq, ailə məsləhətçisi, uşaq inkişaf mütəxəssisi Nesrin Samedova ilə birlikdə keçirilən görüşdə gənclərin marağına səbəb olan çox faydalı mövzular haqqında danışılmışdır. Görüşdə mütəxəssis gənclərin suallarını cavablandıraraq, onlara yararlı məsləhətlər vermişdir.

Görüşün əsas məqsədi gənclərin asudə vaxtının daha səmərəli keçirilməsi və onlara faydalı olacaq mövzular haqqında danışmaqdır.

   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir