Fərdi Terapiya

Fərdi terapiya şəxsin öz psixoterapevti ilə birlikdə çalışmasıdır. Bu terapiyada pasient (danışan) və psixoterapevt olur. Fərdi terapiyada hansı problem üzərində çalışılacağını psixoterapevtlə pasient birlikdə müəyyən edirlər. Əgər bir insan emosional olaraq çətinliklər yaşayırsa, hər hansı bir məsələyə qarşı yeni yanaşma formalaşdırmaq istəyirsə, münasibətlərində problemlər yaşayırsa, həyatında vacib qərarlar alacaqsa, istər özünə, istərsə ətrafında olanlara qarşı güvən hissi yoxdursa, problemlərlə qarşılaşdığında həll yolları tapa bilmirsə, psixoloji pozuntulardan əziyyət çəkirsə fərdi terapiya alması tövsiyyə olur. Terapiyanın effektiv olması üçün terapiya alan şəxsin istəkli olması əsas amillərdəndir.
Sizin də öz dünyanızda basdırdığınız və sizi narahat edən yaşantınız varsa, başqalarının yanında danışmaqdan çəkindiyiniz ancaq danışıb rahatlamaq, həll yolu taparaq qurtulmağa çalışdığınız bir hadisə varsa, dərin travmatik və uzun illərdir daşıdığınız bir xatirəniz varsa, mütəmadi olaraq dönüb dolaşan eyni sullarla baş-başa qalmısınızsa fərdi terapiya almanız faydalı olar.

 

 

📍 Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:


info@pma.az
☎ Əlaqə: (012) 441 23 43 / (077) 271 23 43
Watsapp: +994 77 341 23 43
📍 Nəsimi rayonu, Hənifə Ələsgərov 33 (ATU Tədris Cərrahiyyə klinikası yaxınlığı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir