Panik atak

Anidən səbəbsiz bir ürək sıxıntı ilə gələn və get gedə artan
-Ürək çırpıntısı;
-Tərləmə;
-Titrəmə;
-Baş gicəllənməsi;
-Üşümə/ürpərmə;
-Uyuşma;
-Ürək bulantısı;
-Qarın ağrısı;
-Özünə yer tapa bilməmək;
-Nəfəssiz qalma duyğusu / qısa və tez tez nəfəs almanın baş verməsi ilə müşaiyət olunan belə hallardan ən azı 4-nü yaşayırsınızsa panik atak keçirdiyinizə ehtimal verilə bilər. O anda şəxslər “Ağlımı itirəcəyəm”, “İnfakt keçirirəm” kimi dəhşət duyğusu, ölüm və kontrolu itirmə qorxusu yaşadıqlarını ifadə edirlər. Hər dəfəsində təşviş yaşayan şəxs:
-Yaxınlarına zəng vurub yanına toplama
-Təcili yardım çağırma
-Yanında dərman gəzdirmə kimi və buna bənzər hərəkətlər edə bilirlər.
Şəxs bəzən 10, bəzən 20-30 dəqiqə çəkən atakdan sonra bitkinlik, yorğunluq halı yaşayır. Başına dəfələrlə gəlməsinə rəğmən hər səfərində sonmuş kimi hiss etirən bu təşviş pozuntusu şəxsin həyatına, gündəlik yaşamına önəmli dərəcədə təsir etməsiylə bərabər buna uyğun qaçınma hərəkətləri də formalaşdıra bilirlər (məs: lazım olmadıqca evdən çıxmamaq və s). Bu zaman ən effektli method isə psixoterapiyadır. Düzgün aparılmış seanslarla panik atakdan qurtulmaq mümkündür. Əgər belə halları tez tez yaşayırsınızsa unutmayın ki, panik atakdan ilk əziyyət çəkən insan siz deyilsiniz… və bu da son deyil.

Müəllif. PM Akademiya Psixoloqu Hacızadə Aytən

 

📍 Ətraflı məlumat və ya qəbula yazılmaq üçün əlaqə saxlaya bilərsiniz:


info@pma.az
☎ Əlaqə: (012) 441 23 43 / (077) 271 23 43
Watsapp: +994 77 341 23 43
📍 Nəsimi rayonu, Hənifə Ələsgərov 33 (ATU Tədris Cərrahiyyə klinikası yaxınlığı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir