DR. FATİH KALKINÇ İLƏ MƏKTƏB EVDƏ BAŞLAR

DR. FATİH KALKINÇ İLƏ MƏKTƏB EVDƏ BAŞLAR – PM AKADEMİYA İLƏ DAVAM EDƏR” PROQRAMI

Sizin üçün, sadəcə “səlahiyyətli” deyil, eyni zamanda “təsirli” valideyn olmanın yollarını kəşf edəcək və övladlarınıza qarşı daha çox sevgi və dözümlük qazandıracaqdır.
Təlim paketi 800 dəqiqəlik, 52 videoyazı və interaktiv çalışmadan ibarətdir. Bu təlim paketini əldə etmək üçün https://www.okulevdebaslar.net/ saytında “Azərbaycan təmsilçiliyi bilgi formu”na klik edərək qeydiyyatdan keçə bilərsiniz.
Paketin qiyməti cəmi 30 manat (120 TL).
Dr. Fatih Kalkınç haqqında məlumat: https://www.okulevdebaslar.net/fatih_kalkinc

📍 E-valideyn sistemi nədir?
Oxumaq, öyrənməyin ən yaxşı yollarından biridir. Lakin, sürətlə inkişaf edən dünyada insanların əksəriyyəti oxumağa vaxt tapmır ya da ehtiyac duymur. Videokasetlərlə başlayan bu proses internet vasitəsi ilə yeni mərhələyə keçmişdir.
Onlayn və distant təhsilin sürətlə yayılması e-öyrənmə mərhələsində videolardan istifadə, üzərində dayanılması gərəkən önəmli məsələlərdən biridir. Hazırda Youtube-da təxminən 10 milyondan artıq öyrənmə məzmunlu video yayımlanmaqdadır. Bu da öyrənmə potensialının artmasına təkan verir.
Bu layihədə video öyrənmə əsas götürülərək, valideynlərin uşaqların inkişafı və təhsili ilə əlaqədar öyrənmə proqramları ilə dəstəkləməsinin vacibliyi hədəflənmişdir. Uşağın təhsilində ilk olaraq valideynlərin məlumatlandırılması əsas məqsəd hesab olunur.
Məktəb evdə başlayar “e-valideyn” sistemi ailə və uşaq psixologiyası çərçivəsində valideynlər üçün nəzərdə tutulmuşdur.

📍 Metod
“Məktəb evdə başlayır” sistemi bütün dünyada “homeschooling” olaraq bilinən dilimizə “Evdə məktəb” olaraq çevrilmişdir. Bu üsul vasitəsi ilə valideynlər evdə istədikləri zaman və istədikləri formada özlərini inkişaf etdirə bilərlər.
Bu metod kompyuter, telefon və ya tabletlə 7/24 sistemə bağlı şəkildə istifadə olunan, onlayn təhsil sistemidir.
Hal hazırda Amerika, Kanada, Fransa, Almaniya, Belçika, İngiltərə, Danimarka kimi dünyanın bir çox ölkəsində “homeschooling” tətbiq edilməkdədir və çox zəngin təcrübə tətbiq edilməkdədir. Təkcə Amerikada təxminən 2 milyon insan bu metodla təlim almaqdadır.
Bu təlimin hədəfləri
•Ailə üzvlərinin ünsiyyətini inkişaf etdirib, təkmilləşdirmək,
•Ailələrin dəyərlərini inkişaf etdirəcək bacarıqların qazanılması,
•Hansı yaş dövründə “valideyn nə etməli” mövzusunda sadə modellər ortaya qoymaq,
•Problemlərin qarşısını almaq və bunun üçün mümkün həll yolunu tapmaq,
•Uşaqların motor, emosional, sosial, nitq və ya zehni inkişaflarını dəstəkləmək,
•Təməl duyğuların kökdən qazanılması mövzusunda məlumat əldə etmək,
•Uşaqlarda normal inkişaf mərhələsindən kənar baş verəbiləcək halların gözdən qaçırılmaması məlumatına sahib olmaq,
•Uşaqların inkişafına uyğun düşüncə, hiss və hərəkətlərinə nəzarət etmədə yardım edə bilmək,
•Effektiv həyat bacarıqlarını inkişaf etdirməklə gözlənilən və gözlənilməz hadisələrə qarşı dayanıqlığımızı qorumağı bacarmaq,
•Övladları ilə ünsiyyət qurmada çətinlik çəkənlərə, problemin həll yollarını mənimsəmə qabliyyəti qazandırmaq,
•Uşaqlarda davranış və inkişaf problemlərini nəzarət altına alaraq valideyn təsirliyini qazanma yollarını öyrənmək,
•Cəza verən və məcburedici valideyn münasibətlərini azaldıb və təsirli valideyn münasibətini inkişaf etdirmək,
•Uşaqların məktəb müvəffəqiyyətlərini inkişaf etdirmək üçün bilik və bacarıqlara sahib olmaq,
•Uşaqlarda qorxu, həyacan, hirs və narahatlıq kimi emosional vəziyyətlərdə düzgün valideyn rolunu oynamaq,
•İstedad və zəka anlayışlarını ayırmaq,
•İstedadlı uşaqların ümumi xüsusiyyətlərini və ehtiyaclarını dərk etmək,
•İstedadlı uşaqların təhsili və təhsil müəssisələrində diqqət ediləcək məsələlər barədə məlumat əldə etmək,
•Sağlam münasibətlər çərçivəsində xoşbəxt ailənin təməlini qura bilmək,
•Övladlarımızın özünü xoşbəxt hesab etməsi üçün, övlad yetişdirməyin təməldən necə olması gərəkdiyini kəşf etmək, bunun üçün nələrin edilməsi lazımdır.

Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
☎ Whatsapp: 050 562 88 46,
Tel: 051 562 88 46, 012 530 39 87
E-mail: pmatalim@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir