İona kompleksi

📍 İona kompleksi şəxsin öz qabiliyyət və potensialının ortaya çıxmasından qorxmasıdır. Bəzi mənbələrdə “Jonah kompleks”i olaraq adlandırılan insanın öz qabiliyyətlərindən, potensialından və məsuliyyətlərindən qorxmasının altında qeyri-adi bir həyatın digərləri tərəfindən rədd edilə biləcəyi fikri ya da eqoist görünmə qorxusu yatır. Başqalarının gözündə dominant, qeyri-adi, fərqli görünməkdən, tək qalmaqdan qorxduqları üçün öz potensiallarının və fərqliliklərinin ortaya çıxmasından qaçırlar. Bir digər səbəb isə insanın məqsədi ilə mövcud həyat şəraitinin uyğunlaşmamasıdır.
Bəlkə İona kompleksi bizim özümüzdə də var. Bunu müəyyən etmək üçün kiçik bir test edək. Indi gözlərinizi bağlayın. Dərindən 3 dəfə nəfəs alın və ən ideal amma sizə ən imkansız gələn gələcək xəyalınızı düşünün. Məsələn məşhur bir sənətçi olmaq, çox oxunan bir yazar olmaq kimi. Hədəfə çatdıqda nələr görürsünüz? Özünüzü necə xəyal edirsiniz? Yanınızda kimlər var? Necə hiss edirsiniz?
Əgər yanınızda kimsəni xeyal edə bilmədinizsə, özünüzü bu səhnə içində bütövlükdə yaxşı hiss edə bilmədinizsə, xəyalınıza çatdığınız anda özünüzü gərgin, utanmış hiss edirsinizsə, İona kompleksi ilə əlaqəli bir dəstəyə ehtiyacınız ola bilər.

Mərdanova Nigar / Uşaq Psixoloqu

📍 Ətraflı məlumat və ya qəbula yazılmaq üçün əlaqə saxlaya bilərsiniz:


info@pma.az
☎ Əlaqə: (012) 441 23 43 / (077) 271 23 43
Watsapp: +994 77 341 23 43
📍 Nəsimi rayonu, Hənifə Ələsgərov 33 (ATU Tədris Cərrahiyyə klinikası yaxınlığı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir