Bir çox psixoloqlar tərəfindən uşaqların fərdi inkişafını müəyyən etmək üçün istifadə edilən PEP-R Testi (Psychoeducational Profile-Revised) 6 və 7 yaş arası inkişaf pozuntusu olan uşaqları dəyərləndirmək məqsədi ilə Eric Schopler və əməkdaşları tərəfindən formalaşdırılmışdır. PEP-R autizm spektorlu qruplarda yer alan 0-12 yaş arası uşaqların inkişaf və davranış sahəsini dəyərləndirən, fərdi inkişaf proqramı hazırlanmasına imkan verən dəyərləndirmə vasitəsidir. PEP-R inkişaf və davranış olmaqla 2 əsas sahədə, 11 alt sahə və 174 maddədən ibarətdir.Bu test sadəcə qazanılmış və qazanılmamış qabiliyyətləri deyil, bunlardan əlavə olaraq inkişafda olan qabiliyyətləri də ölçür.

PEP-R vasitəsilə ilə uşaqlarınızın psixi inkişafı haqqında daha ətraflı məlumata sahib ola bilərsiniz. Qrafikdə uşağın xronoloji yaşı və psixi inkişafı arasındaki fərqi görmək mümkündür. Buna əsasən hər bir uşaq üçün fərdi proqram hazırlanmalıdır.
PEP-R testi hal-hazırda PM Akademiya Uşaq inkişaf və Reablitasiya şöbəsində mütəxəssizlərimiz tərəfindən keçirilməkdədir.

☎ Əlaqə: (012) 441 23 43 / (077) 305 23 43
Watsapp: +994 70 305 23 43
📍 Nəsimi rayonu, Hənifə Ələsgərov 33 (ATU Tədris Cərrahiyyə Klinikası yaxınlığı)

 

Qeyd: Təlim müraciətlər əsasında mütəmadi olaraq təşkil olunur.