Kəkələmə nitq aparatının əzələ qıcolması ilə şərtləndirilmiş nitqin temporitmik pozulmasıdır. Kəkələmə qızlara nisbətən oğlanlarda daha çox təsadüf edilir.

Kəkələmənin aşağıdaki növləri vardır:


1) Klonik -təkrari- Əgər uşaq mə- mə – mən ki -ki -kitab o- o – oxuyuram deyirsə bu klonik kəkələmədir.

2) tonik -avazi- Uşaqın nitqində uzun sürən dayanma yaranırsa k…..itab, k….arandaş kimi tələffüz müşahidə olunursa, tonik kəkələmədir.

3 ) qarışıq- Qarışıq kəkələmədə hər iki hal müşahidə olunur.

Əgər bu sadaladığımız halları müşahidə edirsinizsə mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.


Mütəxəssisimiz 50 günlük proqramla işləyir.