Dizartriya nədir?


Dizartriya nitq aparatının innervasiyasının orqanik çatışmazlığı ilə şərtləşən nitqin səs tələffüzü tərəfinin pozuntusudur.
Müxtəlif formalı dizartrik uşaqlar səs tələffüzü , səs , artikulyasiya motorikasının bir-birindən fərqli spesifik defekti və loqopedik işin müxtəlif üsullarına ehtiyac olmasıyla bir-birindən fərqlənirlər.
Dizartrik uşaqlar üçün dilin qrammatik qaydalarına lazımınca yiyələnə bilməmək xarakterikdir.

Serebral iflici olan uşaqlarda müşahidə olunan nitq qüsuru məhz Dizartriyadır.