Uşaqlarda düzgün yemə vərdişini necə formalaşdıraq?

🆘  Uşaqlarda düzgün yemə vərdişini necə formalaşdıraq?
Psixoloq: Sevinc Cəlilzadə
* 18 ayından 23-cü ayın sonuna qədər uşaqlar qaşıq və çəngəldən istifadə edərək yemək yeməyi bacarmalıdır. Bunun üçün də özümüz yedirmək əvəzinə onun sınayaraq öyrənməsinə şərait yaratmalıyıq. Bu uşaqlarda əl-göz koordinasiyasının inkişafına da kömək edir
* Uşaq qaşıq və çəngəldən istifadə edə bilməsə belə ailə ilə birlikdə masaya oturması vacibdir. Çünki uşaqlığın ilk dönəmlərindən etibarən qidalanma təkcə fiziki ehtiyacların deyil, həm də emosional ünsiyyətin qurulmasında mühüm rol oynayır.
* Uşaqları məcbur yedirmək əvəzinə özünüzə uyğun yemək saatları təyin edə bilərsiniz.
İştahı olmayan uşaqları yedirmək üçün telefon və ya televizordan istifadə etmək əvəzinə nələr edə bilərik?
-Uşağın yediyi qidalardan ibarət cədvəl hazırlayın və şəkillərini cədvələ asın. Uşaq yeni qidaların dadına baxdığı zaman şəkillərini cədvələ asıb, sevdiyi bir şeylə onu mükafatlandırın.
-Uşağın sevdiyi bir qidanı sevmədiyi bir qidanı yeməsi şərti ilə verə bilərsiz. Məsələn sup yeməyi sevmir ama şokalad yeməyi sevirsə deyərik ki, supu yesən şokalad yeyə bilərsən.
-Uşağın sevdiyi bir yeməyə digər yeməklərdən az-az əlavə edə bilərsiz.
-Yemə problemi olan uşağa təklif etmədən başqa bir uşaqla müxtəlif formada yemək yedirmə oyunu oynaya bilərsiz.
-Uşaqla birlikdə yemək hazırlayıb evə qonaq dəvət edə bilərsiz.
✔ Qəbula yazılmaq üçün:
📍 Nəsimi rayonu, Hənifə Ələsgərov 33
📞 +994 77 305 23 43

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir