“Gender bərabərliyi sağlam həyat tərzidir” növbəti tədbir

Nərimanov rayonunda “Gender bərabərliyi sağlam həyat tərzidir” adlı növbəti tədbir keçirilib
23 noyabr 2022-ci il tarixdə Bakı Avrasiya Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, “Gənc Hüquqşünaslar” İctimai Birliyinin və Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Gender bərabərliyi sağlam həyat tərzidir” adlı növbəti tədbir keçirilib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, təlimçi Təbriz Qasımov, universitetin Tələbə Gənclər Təşkilatının fəal üzvləri və tələbələrin iştirak etdiyi tədbirdə, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin psixoloqu Lətifə Cavadova, mərkəzin ümumi sektor üzrə rəhbəri Ümidə Kəngərli və könüllü psixoloqu, gənc debatçi Sənan Budayev də iştirak etmişdir.
Keçirilən tədbirdə Azərbaycan cəmiyyətində gender bərabərliyinin və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində geniş, məzmunlu çıxışlar edildi, diskussiyalar və müzakirələr aparıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir