Azərbaycan Kooperasiya Universitetində təlim keçirilmişdir

Nərimanov rayonunda “Psixi Sağlamlıq Həftəsi” çərçivisində təlim keçirilib
13 oktyabr 2022-ci il tarixdə Azərbaycan Kooperasiya Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “PM Akademiya” Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü” münasibəti ilə təşkil edilən “Psixi Sağlamlıq Həftəsi” çərçivisində növbəti təlim keçirilib.
Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecin şöbə müdiri Tamerlan Əkbərov, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi həmtəsisçisi Aytən Eynalova, ümumi sektorun rəhbəri Ümidə Səfərova, uşaq psixoloqu Nəsrin Samedova, psixoloq, ABA mütəxəssisi Günay Adıgözəlova və Azərbaycan Kooperasiya Universitetinin fəal tələbələri iştirak etmişlər.
Görüşdə natiqlər bildirdilər ki, Ümumdünya Psixi Sağlamlıq günü 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan beynəlxalq günlər siyahısına daxil edilib, Azərbaycanda isə 2005-ci ildən etibarən qeyd olunur. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox social və psixoloji amillərdən asılı olur.
Sonda tələbələri maraqlandırılan suallar psixoloqlar tərəfindən cavablandırılıb.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir