Nesrin Samedova – Düşüncənin gücü

“10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü” münasibəti ilə ilk təlimimiz baş tutmuşdur

10 oktyabr 2022-ci il tarixdə Psixi Sağlamlıq Həftəsi proqramı çərçivəsində, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “PM Akademiya” Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü” münasibəti ilə təlim keçirilib.

Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, PM Akademiyasının ümumi sektorun rəhbəri Ümidə Səfərova, uşaq psixoloqu Nəsrin Samedova, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin müəllimləri və şagirdləri iştirak etmişlər.

“Düşüncənin gücü” mövzusu ilə çıxış edən psixoloq qeyd etdi ki, Hər şey düşüncədə başlayar, düşüncədə yaradılar və düşüncənin qurucu gücünün məhsulu olaraq inkişaf edər. Hər şey düşüncənin məhsuludur. Düşüncənin sonu yoxdur. İnsana öz universal ağlıyla birlikdə öz həyatını özü yaratmaq səlahiyyəti verilmişdir. Müsbət düşüncə həyatın yaxşı tərəflərinə fokuslanan və müsbət nəticələr gözləyən zehni və hissi bir mövqedir. Müsbət düşüncəli insan xoşbəxtliyə, sağlamlığa və müvəffəqiyyətə fokuslanır, hər hansı bir maneə və çətinliyin öhdəsindən gələ biləcəyinə inanır.
Sonda iştirakçıları maraqlandırılan suallar psixoloq tərəfindən cavablandırılıb.

 

      

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir