“Atletika Hamı Üçün”

Nərimanov rayonunda “Atletika hamı üçün” devizi altında açıq turnir keçirilmişdir.

17 iyul 2022-ci il tarixdə Atatürk pr., 37 ünvanında yerləşən ABAD məhəllədə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “PM Akademiya” Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Atletika hamı üçün” devizi altında açıq turnir keçirilib.

Turnirə qoşulan uşaq, yeniyetmə və gənclər müxtəlif proqramlar üzrə normativləri yerinə yetirib, özlərini estafet yarışlarında sınayıblar.
Əyləncəli idman tədbirinin təşkilində məqsəd atletika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Turnirin sonunda iştirakçılara sertifikat təqdim olunmuşdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir