Özünü boya

İnsanı digər canlılardan ayıran ən əsas fərqlərdən biri düşünməsi və fikir bildirməsidir. Biz insan olaraq hər hansısa bir hadisə, insan, vəziyyət və s. qarşılaşdığımızda onun barədə düşünür və bunun nəticəsində fərqli duyğular hiss edirik. Belə olan hallarda hər hansı bir duyğu yaşadığımız zaman özümüzə sual etməliyik: “Mən nə düşündüm ki, belə hiss etdim?”. Bu sualı soruşmasaq, onun yerini “məni niyə belə hiss etdirdin?” sualı alacaq. Yəni hiss etdiyimiz duyğunun səbəbkarı olaraq qarşımızdakını görmüş olacağıq. Xüsusilə əgər evlilik və ya romantik münasibətlərdə duyğumuzun səbəbkarı olaraq qarşı tərəfi görəriksə, qarşı tərəfin dəyişməsi gözləntisinə girəcəyik. Yəni “sən dəyiş, sən belə davran, sən bunu et ki, mən xoşbəxt olum” fikrinə gələcəyik. Əgər dəyişiklik olmursa, o zaman “sən məni bədbəxt etdin”, “günüm qara oldu” deyib qarşı tərəfin dəyişməsini gözləyərək məyusluq yaşayacağıq. Bu halın bitməsi üçün özümüzə dönməyimiz, məsələni özümüzlə həll etməyimiz lazımdır.

Maarif Məmmədov

Uzman Psixoloji Konsultant,

Cinsi Münasibətlər üzrə Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir