Sən də səhv düşünə bilərsən

Münasibətlərdə ən əsas meyarlardan biri fərqli olduğumuzu qəbul etməyimizdir. “Sadəcə mənim doğrum doğrudur, haqq ancaq mənəm, hamı mənim kimi düşünür” kimi yanaşmalar xətalıdır. Məsələn, bir masanın üstündə su sürahisi (qrafin) düşünün. Bir-biri ilə qarşı-qarşıya əyləşən iki adam üçün sürahinin qulpu fərqli yerlərdə olacaq. Biri üçün sağ, digəri üçün isə sol tərəfdə olacaq. Əgər bu insanlardan biri “sürahinin qulpu sağdadır”, digəri isə “yox, soldadır” desə, hansı doğru olacaq? Əlbəttə ki, hər ikisi. Yəni fərqli, amma doğru olan bir çox nəzər nöqtəsi var və bunları qəbul etməyimiz lazımdır. Cütlüklər “sən səhvsən”, ya da “mən doğruyam” fikirlərini bir-birlərinə isbat etmək cəhdinə girərlərsə, bu, yorucu bir ünsiyyət olacaq. Qarşı tərəfi aktiv şəkildə dinləyərək baxış bucağını anlamağa çalışmaq lazımdır. Bir də unutmamaq lazımdır ki, hər kəsin doğru və yanlış olaraq qəbul etdiyi düşüncələr də zamanla dəyişə bilər.

Maarif Məmmədov

Uzman Psixoloji Konsultant,Cinsi Münasibətlər üzrə Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir