MMPİ ŞƏXSİYYƏT TESTİ

Aparılan tədqiqatlara görə şəxsi xüsusiyyətlərinizin və psixoloji problemlərinizin öyrənilməsinin obyektiv və effektiv yollarından biri məhz MMPİ ŞƏXSİYYƏT TESTİNİN tətbiqidir.

Bütün dünyada öz təsdiqini tapan bu testin adı MMPİ- Minnesota multiphasic personality inventory-yəni Minnesota çoxfazalı şəxsiyyət ölçümüdür.

📍 Niyə məhz MMPİ?

1) MMPİ Şəxsiyyət testi beynəlxalq təcrübədə tək və ən etibarlı şəxsiyyət testidir.
2) Şəxsi obyektiv və dərindən tanımaq üçün ən gözəl vasitədir.
3) Şəxsin psixoloji probleminin olub-olmadığını müəyyən edə bilir.
4) İş sahibisinizsə ən uyğun komandanı, etibarlı şəkildə formalaşdırmağınıza kömək edir.
5) Əgər ailəlisinizsə, və ya ailə qurmağı düşünürsünüzsə, partnyorunuz ilə uyğunluğunuzu çox yaxşı ölçə bilir.
6) Şəxsin Psixiatrik problemlərini qiymətləndirə bilir.
7) Xəstəliyin dərəcəsini ölçə bilir.
8) Müalicə nəticəsində baş vermiş dəyişiklikləri müəyyən edə bilir.
9) Ədalət mühakiməsi zamanı, məhkəmə sistemində geniş istifadə olunur. və s.

📍 MMPİ testi 566 sualdan ibarətdir. Test edilən şəxs bu suallardan maksimim 10 suali cavabsiz qoya bilər. Test 1,5 saat ərzində psixoloqun ONLINE və ya CANLI müşahidəsi altında doldurulmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir