İşdə psixoloji durum

Gözəl bir meyvə yetişdirmək üçün keyfiyyətli toxum, uyğun iqlim şəraiti və münbit torpaq şərtdir. İstənilən şirkətin də yaxşı xidmət göstərməsi, məhsul hazırlaması üçün işçiləri, şirkətin dəyərləri, prinsipləri, prioritetləri və idarəetmənin keyfiyyəti vacibdir.

👍 Səmərəlilik üçün işçinin özünü və işəgötürənin onu tanıması lazımdır. Bu səbəbdən də işə götürərkən “Mən adamı üzünə baxan kimi tanıyıram”, “İllərdir bu işdə işləyirəm, kimi hara vermək lazımdır bilirəm” kimi yanaşmalar şirkətləri yanılda bilər.

📑 İşə götürərkən adaptasiya olunan testlərlə psixoloji və qabiliyyət dəyərləndirilməsi və düzgün rəy vermə, nümunə kimi hansısa vəziyyətdə stressi və ya işə aid fərqli bir situasiyanı idarəetmə bacarığını ölçmə, başlama və bitmə saatı bəlli olan və çox da uzun sürməyən görüş zamanı tanışlıq (❌bəzi hallarda iş üçün müraciət edən günlərlə, saatlarla gözləməli, bir sıra şəxslərlə görüşməli olur ki, bu, doğru deyil) vasitəsilə işə götürmə daha məqsədə uyğundur.

⚠ İşə götürmə gerçəkləşdikdən sonra isə ehtiyaca görə fərdi və ya qrup şəklində həm psixoloji, həm də işlə əlaqəli bacarıqları inkişaf etdirəcək təlimlərlə işçilərin performansını artırmaq mümkündür.

 

📍 Ətraflı məlumat və ya qəbula yazılmaq üçün əlaqə saxlaya bilərsiniz:


info@pma.az
☎ Əlaqə: (012) 441 23 43 / (077) 271 23 43
Watsapp: +994 77 341 23 43
📍 Nəsimi rayonu, Hənifə Ələsgərov 33 (ATU Tədris Cərrahiyyə klinikası yaxınlığı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir