İmtahan öncəsi

📍 Hər il keçirilən universitet imtahanına artıq aylar qalıb. İmtahana girmək üçün yüz minlərlə abituriyent yarışacaq. Abituriyentlər son aylarını bu imtahana görə planlayırlar. Bu müddət arzində imtahana hazırlaşan abituryentlər həm fiziki, həm də mənəvi olaraq yorulurlar və hətta psixoloji problemlər yaşamağa başlayırlar.

Abituriyentlər imtahan yaxınlaşdıqca stress, həyəcan, iştahasızlıq yaşayırlar və buna görə də özlərinə inamları aşağı düşür. Hətta çox təəssüf ki, imtahana görə özünə zərər verən abituryentlər də az olmur (ürək dayanması, intihar və s.).
Bu aylar ərzinda ilk başda valideynlər, müəllim və ya hazırlıq kursları abituriyentlərə mənəvi olaraq dəstək olmalıdırlar. Abituriyentlərin valideyn və müəllimdən əlavə isə mütəxəssislərdən dəstək almalarında fayda var. Bu baxımdan profesional mütəxəssis tərəfindən qrup halında seminarlar, təlimlər və ya fərdi şəkildə konsultasiyalar vasitəsi ilə dəstək alınmalıdır.

Çox təəsüf ki, şagirdlərin gələcək həyatını 3 saat müddətində olan imtahana görə dəyərləndiririk. İlk öncə onlara dəyər verməliyik, onları sevməliyik, onlara güvəndiyimizi söyləyib hiss elətdirməliyik.

Psixoloji konsultant Əziz Kərimov

📍 Ətraflı məlumat və ya qəbula yazılmaq üçün əlaqə saxlaya bilərsiniz:


info@pma.az
☎ Əlaqə: (012) 441 23 43 / (077) 271 23 43
Watsapp: +994 77 341 23 43
📍 Nəsimi rayonu, Hənifə Ələsgərov 33 (ATU Tədris Cərrahiyyə klinikası yaxınlığı)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir